1970
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olacaq.
Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan "Barselona" bu dəfə rəqibi ilə "Nou Kamp"da qarşılaşacaq. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Günün digər qarşılaşmasında isə "Benfika" Dortmund "Borussiya"sının qonağı olacaq. Portuqaliyada keçirilən ilk görüşdə "Benfika" 1:0 hesabı ilə qalib gəlsə də, komandaların mərhələ adlamaq şansını bərabər qiymətləndirmək olar.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
8 mart
23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
İlk oyun: 0:4
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk oyun: 0:1