çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

"Barselona"nın" baş məşqçisi azarkeşlərdən kömək istədi

08.03.2017 09:15 Oxundu 2141

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olacaq. Əsas diqqətlər Barselonaya yönələcək.Avropanın ən titullu komandalarından olan “Barselona” Fransanın PSJ klubunu qəbul edəcək. Bu kollektivlərin Parisdə baş tutan ilk görüşündə sensasiya qeydə alınıb. Unai Emerinin baş məşqçisi olduğu komanda Kataloniya təmsilçisini Anxel Di Maria (2), Julian Draksler və Edinson Kavaninin qolları ilə üstələyib. Bu səbəbdən “Barselona” üçün 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq çətin olacaq Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan "Barselona" bu dəfə rəqibi ilə "Nou Kamp"da qarşılaşacaq. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Bu arada "Barselona"nın" baş məşqçisi Luis Enrike bildirib ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda kataloniya klubunun azarkeşlərinə çox ümid edir: "Onlar bu matç zamanı stadionda çağlayan və ehtiraslı, bir sözlə, rəqib üçün əlavə təzyiq vasitəsi olmalıdırlar".