2239
Madrid "Real"ının" müdafiəçisi Daniel Karvaxal komandasının Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə keçirdiklər cavab oyununun nəticəsindən çox razı qalıb. Karvaxal deyib: "Biz belə oyun nümayiş etdirməklə Çempionlar Liqasının qalibi ola bilərik". O jurnalistin: "1/4 finalda "Arsenal"ı mübarizədən uzaqlaşdırmış Münhenin "Bavariya"sı ilə qarşılaşmaq istərdinizmi?" sualına isə belə cavab verib: "Onlar bizimlə qarşılaşmaq istəmirlər, elə biz də onlarla üz-üzə gəlmək istəmirik."
Xatırladaq ki, neapollular Madriddə keçirilən ilk oyunda hesabı açan tərəf olsa da, "Real" sonradan 3 qol vuraraq, sərfəli nəticə əldə etmişdi. Çempionlar Liqasının son qalibi bu görüşdə eyni ssenari ilə qalib gəlib. Əvvəlcə meydan sahibləri hesabı açıblar. Fasilədən sonra isə madridlilər 3 qol vuraraq növbəti mərhələyə adlayıblar. "Bavariya" isə ilk oyunda olduğu kimi cavab oyununda darəqibinə 5:1 hesabı ilə qalib gəlib.