2027
UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Rostov”la oyunda “Mançester Yunayted” klubunun azarkeşlərinə şalların paylanılması aksiyasına icazə verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Rostov” klubunun mətbuat xidmətindən deyiblər. Tərəflər arasında matç martın 9-da Rostov-na-Donudakı “Olimp-2” stadionunda keçiriləcək. Daha əvvəl məlum olnuşdu ki, “Rostov” azarkeşləri qonaq komandanın sektorunun girişində “Mançester Yunayted”in fanatlarına şal paylayacaq. Bununla da klub azarkeşləri ingiltərəli fanatlara öz qonaqpərvərliklərini və xeyirxahlıqlarını nümayiş etdirmək istəyirlər. “Mançester Yunayted”i dəstəkləmək üçün Rostov-na-Donuya 238 nəfərin gəlməsi gözlənilir.