09.03.2017 00:55
3471
3471
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçında "Barselona” PSJ ilə qarşılaşıb
“Barselona”nın PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra bu oyunda möcüzəni reallaşdıracağı inanılmaz olsa da, katalonlar bunu bacardılar. Oyuna qolla başlayan Luis Enrikenin yetirmələri 3:0-dan sonra PSJ-nin qoluna məyus olsalar da, sonradan özlərində güc tapa bildilər. Neymarın dublu və Robertonun qolu ilə fransızları 6:1 hesabı ilə darmadağın edən "Barsa" növbəti mərhələyə yüksələn tərəf olub.
“Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1
Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
İlk oyun: 0:4
b