çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Prosineçkinin 2017-ci ildə ilk sınağı

09.03.2017 11:59 Oxundu 1971

Bu gün milli komandamız növbəti oyununu keçirəcək. Yığmamız Qətər millisi ilə görüşəcək. Bu matç Robert Prosineçkinin yetirmələrinin 2017-ci ildə ilk sınağı olacaq. Millimiz üçün Asiya təmsilçisi ilə yoldaşlıq oyunu Almaniya ilə qarşılaşma öncəsi son sınaq hesab olunur. Martın 9-dakı qarşılaşma FİFA-nın oyunlar üçün rəsmi pəncərəsinə daxil deyil. Buna baxmayaraq qarşılaşma qurumun rəsmi matçlar reyestrinə salınıb. Bu da o anlama gəlir ki, matç reytinqdə də nəzərə alınacaq.

İkinci dəfə qarşılaşacağımız Qətərlə ilk duelimiz 2013-cü il mayın 29-da baş tutub. Maraqlıdı ki, onda da görüş eyni məkanda keçirilib. Yenidən Dohanın “Əl Sadd” stadionunda üz-üzə gələcək rəqiblərin həmin matçı 1:1 hesabı ilə başa çatmışdı.

Qarşılaşmanın baş hakimi Ferens Karako olacaq. Ona Peter Berettian və Balaş Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saoud Al Athba (Qətər) yerinə yetirəcək.

Qeyd edək ki, Qətər – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Yoldaşlıq oyunu

9 mart

20:00. Qətər – Azərbaycan

Doha. “Əl-Sadd” stadionu