çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

“Beşiktaş”ın əlinə yaxşı imkan düşüb

09.03.2017 12:06 Oxundu 1902

Bu gün Avropa Liqasında 1/8 final həyəcanına start veriləcək. Mərhələnin ilk oyunları çərçivəsində 8 görüş baş tutacaq ki, onlardan 3-ü daha tez start götürəcək. Türkiyə çempionu “Beşiktaş” Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. “Qara qartal” ötən mərhələdə Beer-Şeva “Hapoel”ini mübarizədən kənarlaşdırıb. “Olimpiakos” isə Türkiyənin digər klubu “Osmanlıspor”dan güclü olub. Bu mənada, həmvətənlərinin revanşını almaq üçün “Beşiktaş”ın əlinə yaxşı imkan düşüb.

Avropa Liqası

1/8 final mərhələsinin ilk oyunları

9 mart

22:00. APOEL (Kipr) – “Anderlext” (Belçika)

Baş hakim: Manuel de Souza (Portuqaliya)

22:00. “Kopenhagen” (Danimarka) – “Ayaks” (Hollandiya)

Baş hakim: Artur Dias (Portuqaliya)

22:00. “Rostov” (Rusiya) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Feliks Zvayer (Almaniya)

00:05. “Selta” (İspaniya) – “Krasnodar” (Rusiya)

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

00:05. “Gent” (Belçika) – “Genk” (Belçika)

Baş hakim: Paolo Taqliavento (İtaliya)

00:05. “Lion” (Fransa) – “Roma” (İtaliya)

Baş hakim: Antoni Teylor (İngiltərə)

00:05. “Olimpiakos” (Yunanıstan) – “Beşiktaş” (Türkiyə)

Baş hakim: Danni Makkelie (Hollandiya)

00:05. “Şalke” (Almaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya)

Baş hakim: Byörn Kuypers (Hollandiya)