09.03.2017 15:36
1876
1876
“Barselona” klubunun futbolçusu Neymar yeni rekord müəyyənləşdirib. Braziliyalı hücumçu buna Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə cavab oyununda iki qol ötürməsi verərək nail olub. Cari mövsüm sözügedən turnirdə qol ötürmələrinin sayını 8-ə çatdıran Neymar bu göstəricidə Çempionlar Liqasının tarixində rekorda imza atıb.
Qeyd edək ki, bundan əvvəl rekord Xavi, Zlatan İbrahimoviç və Məsut Özilə məxsus idi. Onlar bir mövsüm 7 qol ötürməsi etmişdilər.