çərşənbə, 14 yanvar 2026

DİGƏR NÖVLƏR

Həndbol üzrə Azərbaycan çempionatının ikinci dövrəsinə start verilir

09.03.2017 15:40 Oxundu 2030

Martın 10-da “ABU Arena”da həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının ikinci dövrəsinə start veriləcək. Azərbaycan Həndbol Federasiyasından verilən xəbərə görə, günün açılış oyunu “Gənclər Birliyi” və “Azəryol” komandaları arasında keçiriləcək. Bundan əlavə, “Nur”–“Qarabağ”, “Təhsil”–RİOEUGİM, “Nəsimi”–“Məhsul” qarşılaşmaları da eyni gündə keçiriləcək.

Martın 12-də çempionatın təntənəli bağlanış və mükafatlandırma mərasimi olacaq.