1925
Hollandiyanın Eindhoven şəhərində “Dutch Open” beynəlxalq turnirı keçiriləcək. Dünya Taekvondo Federasiyası və Hollandiya Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışa 11 mart tarixində start veriləcək. İki gün davam edəcək və sayca 44-cü olan G1 kateqoriyalı reytinq xarakterli turnirdə, ölkəmizi böyüklərdən və gənclərdən ibarət yığma komandalarımız təmsil edəcək.
Türkiyədə keçirilən yarışı uğurla başa vuran təmsilçilərimiz bu turnirdə də qüvvələrini sınayacaq. Komandalarımız artıq Hollandiya yollanıb. Yarışa qatılacaq milli komandaların heyətində yer alan idmançılarımızın siyahısını təqdim edirik:
Böyüklərdən ibarət yığma komanda:
1. Qaşım Maqomedov (-54 kq)
2. Mikayıl Əliyev (-54 kq)
3. Fizam Mehtiyev (-58 kq)
4. Məmmədalı Quliyev (-63 kq)
5. Məhəmməd Məmmədov (-63 kq)
6. Ayxan Tağızadə (-68 kq)
7. Sina Bahrami (-68 kq)
8. Əliəsgər Əliyev (-74 kq)
9. Milad Beigi Hərçəqani (-80 kq)
10. Ramin Əzizov (-87 kq)
11. Payam Qobadi Oğaz (-87 kq)
12. Radik İsaev (+87 kq)
13. Panis Esmaeilpour (-46 kq)
14. Patimat Abakarova (-53 kq)
15. Gülhanım Yeşildal (-53 kq)
16. Yaprak Eriş (-57 kq)
17. Darya Şkurko (-62 kq)
18. Fəridə Əzizova (-67 kq)
Gənclərdən ibarət yığma komanda:
1. Xanoğlan Kərimov (-45 kq)
2. Bəhruz Quluzadə (-48 kq)
3. Ayaz Qənbərli (-51 kq)
4. Samir Məhərrəmov (-55 kq)
5. Ruslan Seyidov (-55 kq)
6. Cavad Ağayev (-63 kq)
7. Minayə Əkbərova (-42 kq)
8. Mirvari Qəndərli (-44 kq)
9. Sevda Pirseyidova (-46 kq)
10. Zalikə Babayeva (-49 kq)
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Eindhovenə yollanan komandalaımız 14 mart tarıxındə vətənə dönəcək.