çərşənbə, 14 yanvar 2026

GÜLƏŞ

Güləşçilərimiz B yarımqrupunda mübarizə aparacaqlar

09.03.2017 17:34 Oxundu 2414

16-17 mart 2017-ci il tarixdə İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları keçiriləcək. Bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib. Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq. Martın 16-da yarımqrup görüşləri, 17 martda isə final görüşləri keçiriləcək.

Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-güləşçilərimiz Dünya Kubokunun sahibi olub.

B