çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Millimiz ilin ilk qələbəsini qazandı

09.03.2017 21:12 Oxundu 2116

Bu gün milli komandamız növbəti oyununu keçirib. Yığmamız Qətər millisi ilə görüşüb. Əsası Premyer Liqamızda çıxış edən oyunçulardan təşkil olunmuş komandamız Asiyalılarla səfər matçından 2:1 hesablı qələbə ilə qayıdır. İlk hissədə hesab açılmayıb. İkinci hissədə meydana daxil olan Tərlan Quliyev künc zərbəsindən sonra hesabı açıb. Rəqibin cavabı özünü çox gözlətməyib. Cəmi 3 dəqiqə sonra braziliyalı legioner Rodriqo Tabata bərabərlik qoluna imza atıb. Ancaq bu, yığmamızın qələbəsinə mane olmayıb. Araz Abdullayev Cavid Hüseynovun ötürməsini qola çevirərək millimizin qələbəsini rəsmiləşdirib.

Yoldaşlıq oyunu

9 mart

Qətər – Azərbaycan - 1:2

Qollar: Tabata, 55 - Tərlan Quliyev, 52, Araz Abdullayev, 63

Hakimlər: Ferens Karako, Peter Berettian, Balaş Buzas (hamısı Macarıstan), Saoud Al Athba (Qətər)

Doha. “Əl-Sadd” stadionu

Qətər: 22.Saad Abdulla Al Sheib (q), 3. Yasir Abubakar Isa, 7.Rodrigo Tabata, 10.Hassan Al Haidous, 13. Ibrahim Majed (k), 14.Ahmed Mohd ElSayed, 15.Pedro Miguel, 16.Boualem Khoukhi, 18.Luis Mairton Junior, 20.Akram Afif, 23.Sebastian Soria

Ehtiyat oyunçular: 1.Khalifa Ababacar Ndiaye, 21.Oumar Barry, 2.Mohammed Musa Ali, 4.Almahdi Mukhtar, 5.Assim Omer Madibo, 8.Ali Asadalla, 9.Ali Hassan Afif, 11.Meshaal Abdulla, 12.Hamid Ismaeil, 17.Isamil Mohamed, 19.Ahmed Alaaeddin, 24.Almoez Ali, 25.Fahad Ali, 28.Musaab Khidir

Azərbaycan: 23. Səlahət Ağayev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (4. Tərlan Quliyev, 46), 3. Məhəmməd Mirzəbəyov, 26. Tellur Mütəllimov (25. Urfan Abbasov, 69), 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 16. Cavid Hüseynov (8. Elvin Məmmədov, 82), 18. Ağabala Ramazanov (27. Mahir Mədətov, 69), 9. Namik Ələskərov (7. Araz Abdullayev, 46), 10. Ruslan Qurbanov (11. Rauf Əliyev, 46)

Ehtiyat oyunçular: 1. Şahrudin Maqomedaliyev, 12. Anar Nəzirov, 4. Tərlan Quliyev, 21. Arif Daşdəmirov, 29. Abbas Hüseynov, 7. Araz Abdullayev, 25. Urfan Abbasov, 27. Mahir Mədətov, 11. Rauf Əliyev, 8. Elvin Məmmədov

Baş məşqçi: Robert Prosineçki