çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

“Qara qartal” səfərdən sərfəli nəticə ilə dönür

10.03.2017 01:02 Oxundu 2200

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Günün maraqlı oyunlarından biri Rostovda keçirilib. Rusiyanın eyniadlı təmsilçisi öz meydanında “Mançester Yunayted”i qəbul edib. Qonaqlar ilk yarıda hesabı açsalar da, fasilədən sonra "Rostov" bərabərlik qolunu vurub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” səfərdə “Olimpiakos”un qonağı olub. “Qara qartal” matçın gedişində hesabda geri düşsə də, yekundan 1:1-lik bərabərliyə nail olub.

Rusiyanın Avroliqadakı digər təmsilçisi “Krasnodar” səfərdə “Selta”nın qonağı olub. Rusiya təmsilçisi son dəqiqədə qapısında gördüyü qolla meydanı məğlub tərk edib - 1:2.

Turnirin favoritlərindən olan “Roma”nı çətin sınaq gözləyirdi. “Canavarlar” səfərdə “Lion”la üz-üzə gəlib. 6 qolun vurulduğu matçda sevinən fransızlar olub.

Avropa Liqası

1/8 final mərhələsinin ilk oyunları

9 mart

APOEL (Kipr) – “Anderlext” (Belçika) - 0:1

Qol: Stansiu, 29

Baş hakim: Manuel de Souza (Portuqaliya)

“Kopenhagen” (Danimarka) – “Ayaks” (Hollandiya) - 2:1

Qollar: Falk, 1, Kornelius, 60 - Dolberq, 32

Baş hakim: Artur Dias (Portuqaliya)

“Rostov” (Rusiya) – “Mançester Yunayted” (İngiltərə) - 1:1

Qollar: Buxarov, 53 - Mxitaryan, 35

Baş hakim: Feliks Zvayer (Almaniya)

“Selta” (İspaniya) – “Krasnodar” (Rusiya) - 2:1

Qol: Vass, 50, Biyuvi, 90 - Kleason, 56

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

“Gent” (Belçika) – “Genk” (Belçika) - 2:5

Qollar: Kalu, 27, Kulibali, 61 - Malinovski, 31, Kolle, 33, Samata, 41, 72, Uronen, 45+2

Baş hakim: Paolo Taqliavento (İtaliya)

“Lion” (Fransa) – “Roma” (İtaliya) - 4:2

Qollar: Diaxabi, 8, Tolisso, 47, Fekir, 74, Lakazette, 90+2 - Salah, 20, Fazio, 33

Baş hakim: Antoni Teylor (İngiltərə)

“Olimpiakos” (Yunanıstan) – “Beşiktaş” (Türkiyə) - 1:1

Qollar: Kambyasso, 37 - Abubakar, 54

Baş hakim: Danni Makkelie (Hollandiya)

“Şalke” (Almaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 1:1

Qollar: Burqstaller, 25 - Hoffman, 15

Baş hakim: Byörn Kuypers (Hollandiya)