2157
Azərbaycan milli komandası növbəti oyununu keçirib. Yığmamızın Qətər millisi ilə baş tutan yoxlama görüşündə “Qəbələ”nin futbolçuları da iştirak edib. Cavid Hüseynov, Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov və Tellur Mütəllimov komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün start “11-liy”ində yer alıb. Araz Abdullayev fasilədən sonra meydana çıxıbsa, Ürfan Abbasov 69-cu dəqiqədə Telluru əvəzləyib. Mütəllimov kimi Hüseynovla Qurbanov da sonradan əvəzlənib.
Yığmanın qələbə qolunu da “Qəbələ”nin oyunçusu 62-ci dəqiqədə fərqlənən Araz hesab 1:1 olarkən rəqib qapısına yol tapıb. Bu, yarımmüdafiəçinin 21-ci matçını keçirdiyi millidə ilk qolu olub. Qətərin paytaxtı Doha şəhərindəki matç Mütəllimov üçün debüt qarşılaşması olub.
Xatırladaq ki, Cavid 47-ci, Ruslan 16-cı, Məhəmməd 14-cü, Ürfan 2-ci dəfə millinin formasını geyinib.