1954
Bu gün səhər saatlarında Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, abidəsi önünə əklil və gül qoyublar, ruhuna dualar oxuyubar.Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılib, məzarı üzərinə tər çiçəklər düzülğb.
Saat 13:00-da isə Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” beynəlxalq turnirinə start veriləcək.
Məlumat üçün bildirək ki, dünən “Hyatt Regency” otelinin Quba zalında Ümummilli lider Heydər Əliyev adına cüdo üzrə “Böyük Dəbilqə" beynəlxalq yarışın püşkatma mərasimi keçirilib. Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, baş katib Elmar Babanlı və İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Nazim Hüseynov iştirak ediblər.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər cüdo turnirinə martın 12-də yekun vurulacaq.