çərşənbə, 14 yanvar 2026

DİGƏR NÖVLƏR

Rafael Ağayev: "Hər kəs bizdən qızıl medal gözləyir"

10.03.2017 11:55 Oxundu 1977

Rafael Ağayev İslam Həmrəyliyi Oyunları saytına müsahibə verib. Həmin müsahibənin videosunu təqdim edirik.

"İslam Həmrəyliyi Oyunlarının 4 prinsipi arasında “Hörmət”i seçirəm. Çünki bu dəyəri valideynlərim mənə aşılayıb. 32 yaşım var, indi də atam otağa daxil olanda qardaşlarımla ayağa qalxırıq. Bu, valideynlərimizin bizə aşıladığı hörmətin göstəricisidir.

İslam Oyunlarının səfiri olmaq mənim üçün qürurdur. Bu gün qazandığım qələbələrin arxasında verdiyim qurbanlar, əziyyətim, ailəm və xalqımız dayanır. Bizim üçün nəzərdə tutulan proqram mənə imkan yaradır ki, üzərimdə zəhməti və əziyyəti olan xalqımıza, hər kəsə az da olsa, mənə verilən dəyəri geri qaytarım.

İdmançı kimi isə hər kəs bizdən qızıl medal gözləyir. Asan olmayacaq, çünki əksər idman növləri üzrə ən çətin rəqiblərimizlə üzləşəcəyik. Qələbə üçün əlimizdən gələni edəcəyik".

rf