çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

"Sumqayıt"ın U-11-i turnirin qalibi olub

10.03.2017 15:59 Oxundu 1897

Azərbycan Respublikası Gənclər və İdman Nazirliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar Sumqayıtda 2006-2007-ci il təvəllüdlü futbolçular arasında futbol turniri təşkil edib. 8 komandanın yer aldığı yarışda "Sumqayıt" Futbol Klubunun 11 yaşadək futbolçuları da iştirak edib. "Sumqayıt"ın U-11-i həlledici görüşdə İOEUGİM üzərində 4:1 hesablı qələbə qazanıb və turnirin qalibi olub.