çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Avropa Liqasının simvolik heyət müəyyənləşib

10.03.2017 16:05 Oxundu 1877

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarının rəmzi komandasını elan edib. Rəmzi “11-liy”ə 8 komandanın oyunçusu düşə bilib. “Beşiktaş”ın “Olimpiakos”la səfər qarşılaşmasında bərabərlik qolunun müəllifi olan Vinsen Abubakar da 3-4-3 taktiki sxemi ilə qurulan heyətdə özünə yer edə bilib.

Rəmzi “11-lik”:

Qapıçı: Yan Zommer (“Borussiya” Mönhenqladbax)

Müdafiəçilər: Uroş Spayiç (“Anderlext”), Mallo (“Selta”), Lüdviq Auqustinsson (“Kopenhagen”)

Yarımmüdafiəçilər: Alexandro Pozuelo, Ruslan Malinovski (hər ikisi “Genk”), Henrik Mxitaryan (“Mançester Yunayted”), Sorentin Tolisso (“Lion”)

Hücumçular: Aleksandre Lyakazett (“Lion”), Vinsen Abubakar (“Beşiktaş”), Mbvana Samatta (“Genk”)