çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Legionerlərimız Gürcüstan millisində

11.03.2017 08:02 Oxundu 1908

Gürcüstan millisinin Serbiya və Latviya ilə oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Vladimir Vayss bu iki qarşılaşma üçün 24 futbolçunu sərəncamında görmək istəyib. Qonşumuzun heyətində Premyer Liqamızda çıxış edən iki futbolçu da olacaq. Belə ki, “Neftçi”nin müdafiəçisi Georgi Navalovski və “Qəbələ”li Nika Kvekveskiri Vaysın diqqətini çəkib.Gürcüstan çempionatından isə cəmi 3 oyunçu - qapıçı Roin Kvasxvadze ("Torpedo" Kutaisi), Georgi Rexviaşvili ("Lokomotiv" Tbilisi) və Otar Kitaişvili ("Dinamo" Tbilisi) yığmaya çağırılıb. O.dpufQeyd edək ki, Gürcüstan yığması Serbiya ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 24-də, Latviya ilə isə 3 gün sonra yoldaşlıq oyununda üz-üzə gələcək.