çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

"Barselona"ya görə dostunu öldürüb

11.03.2017 08:21 Oxundu 1936

Qabonda PSJ klubunun (Fransa) azarkeşi futbol üzrə Çempionlar Liqasının 1/8 final matçında "Barselona"ya (İspaniya) məğlubiyyətə görə (1:6) onu ələ salan dostunu qətlə yetirib."Report" AFP-yə istinadən xəbər verir ki, 18 yaşlı Librevil şəhər sakini məğlubiyyətlə bağlı onunla zarafat edən dostunun boyun nahiyəsinə bıçaqla zərbə endirib.

Zərərçəkən hadisə yerində ölüb, qatil isə sərxoş vəziyyətdə saxlanılıb. O, cinayəti boynuna alıb və bunu qəsdən etmədiyini bildirib.