çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

PSJ Alleqrinin namizədliyini nəzərdən keçirir

11.03.2017 11:03 Oxundu 2029

PSJ baş məşqçisi Unai Emeri ilə bağlı yekun qərarını verib. Fransa mətbuatının yaydığı xəbərə görə, klub rəhbərliyi 45 yaşlı mütəxəssislə bu mövsümün sonu yolları ayırmaq qərarına gəlib.Son məlumata görə, "PSJ"nin rəhbərliyi artıq "Yuventusun" baş məşqçisi Massimiliano Alleqrinin namizədliyini nəzərdən keçirir. PSJ-nin namizədləri arasında "Atletiko" Madridin baş məşqçisi Dieqo Simeone də var.

Qeyd edək ki, PSJ bu mövsüm Çempionlar Liqasının 1/8 finalında "Barselona"ya 1:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Paris klubu ölkə çempionatının 28-ci turundan sonar turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.