2119
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Barselona"nı 4:0 hesabı məğlub edən PSJ cavab matçında 1:6 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. Bu, avrokuboklar tarixində 4 top fərqinin aradan qaldırıldığı 4-cü cüt olub. Lakin digər üç komanda "Barselona" kimi 0:4 deyil, qollu darmadağınlardan sonra geri dönüş edib.
"Barselona"- PSJ matçı ilə bağlı müxtəlif fikirlər söylənilməkdə davam edir. Məsələn, PSJ klubunun kapitanı Tiaqo Silva komandasının növbəti mərhələyə adlamağa layiq olmadığını deyib: "Düşünürəm ki, qapımıza təyin edilən penalti ədalətsiz idi. Amma bu bizə bəhanə gətirməyə haqq qazandırmır".
"Atletiko"nun hücumçusu Antuan Qrizmann isə belə deyib: "Fransada PSJ-nin artıq 1/4-ə çıxdığını deyirdilər. Hətta "Barsa"nın şansının olmadığını söyləyirdilər. "Barselona"nın qələbəsi isə bir tamaşa idi. Buna görə də mən futbolu sevirəm".