çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Tüdor oyunçularına mesaj göndərib

11.03.2017 11:55 Oxundu 2176

"Hər oyunda 120 km və daha çox qaçmaq məcburiyyətindəyik. Yoxsa uğur qazana bilmərik. Müasir futbol bunu tələbə edir". Bu sözlər "Qalatasaray"ın xorvatiyalı baş məşqçisi İqor Tudora məxsusdur. O, Sneyder və Podolski başda olmaqla hər kəsə: "Heç kim adına güvənməsin. Çalışan formanı geyinər. Sistemə uymayan gedə bilər" mesajını da verib. Onun fikrincə məşqlər nə qədər ağır olsa, rəsmi oyunlarda qələbə üçün əsasdır.

Xatırladaq ki, bu gün keçiriləcək "Galatasaray"ın "Genclerbirliyi"qarşılaşmasını Tüdor cəza səbəbindən tribunadan izləməli olacaq.

Qeyd edək ki, "Qalatasaray"ın Türkiyə Super Liqasının son turunda öz meydanında "Kayserispor"a uduzmasından sonra klub rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinklə yollarını ayırmışdı. Və Qalatasarayın baş məşqçi postuna "Karabükspor"un xorvatiyalı baş məşqçisi İqor Tudor gətirilmişdi.