11.03.2017 14:10
2240
2240
ABŞ-ın “Orlando Siti” komandasının brazilyalı ulduzu Kaka “Barselona”nın futbolçusu Neymar haqqında maraqlı açıqlama verib. Neymarı dünyanın ən yaxşıları sırasında görən 34 yaşlı yarımmüdafiəçi həmyerlisinə zarafatından da qalmayıb: “Düşünürəm ki, Neymar adını “Reymar” etsə, dünyanın ən yaxşısı olmaq ehtimalı artar. Çünki bütün uğurlu karyerası olan brazilyalı futbolçuların adları “R” hərfi ilə başlayır”.
Qeyd edək ki, Kaka 2007-ci ildə dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.