çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Enrikenin köməkçisi "Barselona"nın baş məşqçis ola bilər

11.03.2017 17:01 Oxundu 2464

"Barselona"nın yeni baş məşqçisi hazırda Luis Enrikenin məşqçilər ştabında çalışan Xuan Karlos Unsue ola bilər. Kataloniyalıların namizədləri arasında "Atletika"nın baş məşqçisi Ernesto Valverd də var. Lakin "Barselona" rəsmiləri baş məşqçi postunda elə adamın çalışmasını istəyirlər ki, o, komandanın daxilinə bələd olsun, klubun fəlsəfəsini başa düşsün. Bu mənada 49 yaşlı Xuan Karlos real namizəd kimi görünür.

Unsue qapıçı olub və 1988-1990-cı illərdə "Barselona"nın heyətində bir neçə oyun keçirib. Frank Raykard və Qvardiolanın dönəmində isə o, qapıçılarla işləyən mütəxəssis olub. Unsue 2014-cü ildə Luis Enrike ilə birlikdə "Selta"dan Barselonaya gəlib.

Bir daha xatırladaq ki, "Barselona" klubunun baş məşqçisi Luis Enrike sezon sonunda komandadan ayrılacaq. Bu barədə baş məşqçi "Sportinq Xixon"la oyundan sonra təşkil edilən mətbuat konfransında açıqlayıb. "Növbəti sezon "Barselona"nın baş məşqçisi olmayacam. Bu mənim üçün çox çətin qərar oldu",- deyə bildirib. 3 sezondur katalon klubunu çalışdıran Enrike bu müddət ərzində komanda ilə 8 kubok qazanıb.