2155

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin iki oyunu keçirilib. “Mançester Siti” “Midlsbro”yla qarşılaşıb.David Silva və Serxio Aqueronun qollarıyla 2:0 hesabıyla qalib gələn “şəhərlilər” yarımfinala vəsiqə qazanıblar. Mərhələnin digər oyununda “Arsenal” İngiltərədə 5-ci dərəcəli divizion sayılan milli liqa təmsilçisi “Linkoln”la üz-üzə gəlib. “Topçular” aşağı liqa təmsilçisinə rəhm etməyib - 5:0.
1/4 finalın digər oyunlarında “Tottenhem” “Milluol”la, “Çelsi” isə “Mançester Yunayted”lə qarşılaşacaq.
İngiltərə kuboku
1/4 final
11 mart
“Midlsbro” – “Mançester Siti” – 0:2
Qollar: David Silva, 3. Serxio Aquero, 68.
“Arsenal” – “Linkoln” – 5:0
Qollar: Uolkott, 45+1, Jiru, 53, Vaterfol, 58 (öz qapısına), Aleksis Sançes, 73. Remsi, 75.
t