12.03.2017 10:45
2268
2268
İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə ikinci beynəlxalq Fəcr Kubokunda Azərbaycanın ağır atletika yığmasının üzvlərindən Sənan Mirzəyev (85 kq) uğurla çıxış edərək üçüncü yeri tutub. Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, atletimiz birdən qaldırmada 141 kiloqram, təkanla qaldırmada isə 167 kiloqram nəticə göstərərək yekun sıralamada turnirin bürünc medalına sahib olub.
Beləliklə, Fəcr Kubokunun ilk iki yarış günündə ağır atletlərimiz üç bürünc medal qazanıblar. Bununla yanaşı, onlar ayrı-ayrı hərəkətlərdə daha 5 (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 2 bürünc) medala layiq görülüblər.