çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Özil: "Karyeramın yalnız məşqçidən asılı olduğunu söyləmək doğru deyil"

12.03.2017 16:00 Oxundu 2094

"Arsenal"la müqaviləmin müddətini uzatmaqla bağlı danışıqlarımız olub. Amma hazırda həm mən, həm də klub rəhbərliyi bu mövsümün gedişatını düşünürük. Mən həmişə demişəm ki, "Arsenal"da özümü yaxşı hiss edirəm. Arsen Venger mənim "Arsenal"a keçməyimin əsas səbəbkarlarındandır. Amma gələcək karyeramın yalnız məşqçidən asılı olduğunu söyləmək doğru deyil". Bu sözləri "Arsenal"ın yarımmüdafiəçisi Məsud Özil yeni müqavilə ilə bağlı danışıqlardan danışarkən deyib.

Xatırladaq ki, Özilin "Arsenal"la müqaviləsi 2018-ci ilin yayında başa çatır.