çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Sonuncu dövrəyə start verilir

13.03.2017 07:04 Oxundu 2206

Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək. İlk oyun günündə 2 qarşılaşma keçiriləcək. Sonuncu dövrəyə Gəncədə start veriləcək. Bu il qələbə qazana bilməyən “Kəpəz” evdə uduzmadığı “Zirə”ni sınağa çəkəcək. Bu komandaların cari mövsümdə keçirdiyi oyunların heç birində heç-heçə qeydə alınmayıb. 1 görüşdə Gəncə təmsilçisi, 2 dəfə isə "Zirə" qələbə qazanıb. İlk “üçlük”də qalmaq iddiasında olan “İnter” “Sumqayıt”ı qəbul edəcək. Ardıcıl uğursuzluqlarla avrokubok şansını çətinə salan Samir Abasovun yetirmələri iddialı rəqibini büdrətməyə ümidlidi. Zaur Svanadzenin komandası isə “Qəbələ” məğlubiyyətini unutdurmaq üçün meydana çıxacaq. Cari mövsüm Zaur Svanadzenin komandası 3 oyundan 2-də "Sumqayıt"a qalib gəlib, 1 dəfə isə heç-heçə qeydə alınıb.

Azərbaycan Premyer Liqası

XXII tur

13 mart (bazar ertəsi)

15:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

İlk 3 dövrədəki oyunlar: 2:0, 0:2, 0:1


18:00. “İnter” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
“İnter Arena”

İlk 3 dövrədəki oyunlar: 2:1, 3:1, 2:2

Turnir cədvəli

1

Qəbələ

21

13

7

1

41-11

46

2

Qarabağ

21

14

3

4

36-11

45

3

İnter

21

9

9

3

31-21

36

4

Zirə

21

8

5

8

20-22

29

5

Sumqayıt

21

6

7

8

20-28

25

6

Neftçi

21

6

2

13

16-35

20

7

Kəpəz

21

3

9

9

14-24

18

8

AZAL

21

1

6

14

9-35

9

Bombardir: Filip Ozobiç (Qəbələ) – 11.