2279
"Barselona"nın xilaskarı kimdir?
(Məzəli söhbət)
La Liqanın 27-ci turunda "Real" öz meydanında "Betis"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra bir jurnalist "Real"ın baş məşqçisi Zidandan soruşur:
- Yenə Ramos komandanızı xilas etdi... Sizcə, bəs "Barselona"nın xilaskarı kimdir?
Zidan düşünmədən deyir:
- Təbii ki, Dəniz Aytəkin...
P.S. UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması olan "Barselona" - PSJ oyununun (6:1) hakimi Deniz Aytekin və onun komandasından narazı qalıb. Onu da qeyd edək ki, oyundan sonra futbol ictimaiyyətinin bir çox nümayəndələri qarşılaşmadakı bir çox epizod haqqında hakimin qərarlarından narazılıq edib. Xüsusilə də görüşün 90+1-ci dəqiqəsində Suarezin parislilərin cərimə meydançasında yıxılmasından sonra təyin edilən penalti səhv qərar kimi qəbul edilir.
Düzüb-qoşdu: Qvami