çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Ramos: "Betis"in qapısına vurduğum qolu həyat yoldaşıma ittihaf edirəm"

13.03.2017 08:42 Oxundu 2195

La Liqanın 27-ci turunda "Real" öz meydanında "Betis"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu dəfə də "Real"ın xilaskarı Ramos olub. Belə ki, o, matçın 81-ci dəqiqəsində başla vurduğu qolla komandasına 3 xal qazandırıb. "Kral klubu"nun oyunçusu matçdan sonra "tvitter"də vurduğu bu qolu həyat yoldaşı Pilar Rubioya həsr etdiyini yazıb: "Betis"in qapısına vurduğum qolu həyat yoldaşıma ittihaf edirəm. Çünki o həmişə ona heç bir qol həsr etmədiyimdən gileylənirdi". Ramos daha sonra həyat yoldaşına xitabən qeyd edib: "Həyatım mənim, həmişə mənə dayaq olduğuna görə sənə bu qolu həsr edirəm".