çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

"Kəpəz" qalib gəldi - VİDEO

13.03.2017 15:58 Oxundu 2180

Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilib. Sonuncu dövrəyə Gəncədə start verilib. Bu il qələbə qazana bilməyən "Kəpəz" evdə uduzmadığı "Zirə"yə qalib gəlib: 1:0. Qolu matçın 56-cı dəqiqəsində Julien Ebah vurub.(Bu komandaların cari mövsümdə keçirdiyi oyunların heç birində heç-heçə qeydə alınmayıb. 2 görüşdə Gəncə təmsilçisi, 2 dəfə isə "Zirə" qələbə qazanıb). Bununla da Diniyevin yetirmələri 8 oyunluq qələbə həsrətinə son qoyub. Bu həm də Gəncə təmsilçisinin bu il əldə etdfiyi ilk 3 xal kimi tarixə düşüb. Bir sözlə, 5 məğlubiyyəti sıralayan, ardınca isə 3 heç-heçə edən qərblilər 107 günlük həsrətə son qoya bilib. Gəncəlilər 2016-cı il noyabrın 27-də "Neftçi"ni 2:0 hesabı ilə yenəndən sonra qələbə nə olduğunu unutmuşdu.

Azərbaycan Premyer Liqası

XXII tur

13 mart (bazar ertəsi)

“Kəpəz” – “Zirə” - 1:0

Qol: Julien Ebah, 56
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
İlk 3 dövrədəki oyunlar: 2:0, 0:2, 0:1
“Kəpəz”: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 90. Julien Ebah
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 68. Əli Nuri, 7. Vüqar Bəybalayev, 23. Tural Nərimanov, 15. Azad Kərimov
Baş məşqçi: Şahin Diniyev

“Zirə”: 85. Kamal Bayramov (k), 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 23. Yovan Krneta, 16. Akim Latifu, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 28. Təmkin Xəlilzadə, 20. Sezar Meza Kolli, 43. Riçard Qadze, 7. Amadu Sanqar
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 10. Elvin Məmmədov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 26. Georgi Qorozia, 92. Cavid Tağıyev, 98. Elçin Əliyev
Baş məşqçi: Ayxan Abbasov

k