13.03.2017 20:38
2055
2055
"Oyunun ikinci hissəsi bizim adımıza daha yaxşı keçdi. Burdan ən azı heç-heçə ilə qayıtmaq istəyirdik. Ancaq alınmadı. "İnter” qalib gəldi deyəndə ki, qolu biz hədiyyə etdik. Novruz bayramına hələ bir həftə qalsa da, oyunçular tez hədiyyə etməyə başlayıblar. Qorxduğumuz başımıza gəldi. Bilmirəm komandanın belə oyununun səbəbi nədir". Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "İnter”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.