13.03.2017 20:43
1922
1922
Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”ı qəbul edən “İnter” Nizami Hacıyevin yeganə qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze deyib: “Hesabda öndə olanda bərabərlik qolunu buraxmaq narahatlığı ilə oynayırsan. Əsas odur ki, qələbə qazandıq. Komandadan razı qaldım. Lazımi qələbəni əldə etdik. İndi “Neftçi” ilə qarşıdakı matça hazırlaşacağıq”.
- Həm 4, həm də 2-ci yerlə aranızda xal fərqi çoxdu. Mövsümün qalan hissəsinə məqsədiniz nə olacaq?
- Əsas məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdı. Əlbəttə ki, fövqəladə bir hadisə olarsa, turnir cədvəlində irəliləyərsək, buna sevinərik.