1983
Bu gün Çempionlar Liqasında 1/8 finalın daha iki görüşündə cavab matçları oynanılacaq. Qarşılaşmalar İtaliya və İngiltərədə baş tutacaq. İlk görüşdə səfərdə “Porto”nu məğlub etmiş “Yuventus” növbəti mərhələnin qapısını aralayıb. Turin təmsilçisi cavab matçında minimal hesabla, yəni 1 top fərqilə uduzsa belə, ÇL-də mübarizəni davam etdirəcək. “Qoca sinyora” həm iddiasına, həm də heyətinə görə rəqibini üstələyir.
Bu oyunla müqayisədə günün digər qarşılaşması daha gərgin mübarizə vəd edir. İngiltərə çempionu “Lester” İspaniyada məğlub olduğu “Sevilya”nı büdrətməyə çalışacaq. Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra keçirdiyi hər 2 oyunda qələbə qazanan “tülkülər” psixoloji baxımdan özlərinə gəliblər.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
14 mart
23:45. “Yuventus” (İtaliya) – “Porto” (Portuqaliya)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
İlk oyun – 2:0
23:45. “Lester” (İngiltərə) – “Sevilya” (İspaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:2