2026
Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq. İkinci oyun gününün ilk qarşılaşmasında “Qarabağ” çempionatın autsayderi AZAL-ı qəbul edəcək. Geridə qalan üç dövrədə rəqibinə şans verməyən ağdamlılar çempionluq uğrunda gedən qızğın mübarizədə xal itirmək haqqında düşünmür. Tərlan Əhmədovun başçılıq etdiyi “təyyarəçilər” isə qələbəsizlik seriyasına son qoymaq ümidindədi. Cari mövsüm bu rəqibi ilə hər üç qarşılaşmadan qalib ayrılan Ağdam təmsilçisi bugünkü görüşün aşkar favoritidir.
Digər oyunda isə lider "Qəbələ" "Neftçi"nin qonağı olacaq. Roman Qriqorçukun komandası zirvədəki yerini qorumağa, "Neftçi" isə son pillələrdən azad olmağa çalışacaq.
Azərbaycan Premyer Liqası
XXII tur
14 mart (çərşənbə axşamı)
17:00. “Qarabağ” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
Suraxanı qəsəbə stadionu
İlk 3 dövrədəki oyunlar: 6:0, 1:0, 2:1
20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
8-ci km qəsəbə stadionu
İlk 3 dövrədəki oyunlar: 0:8, 1:4, 0:1
Turnir cədvəli
|
1 |
Qəbələ |
21 |
13 |
7 |
1 |
41-11 |
46 |
|
2 |
Qarabağ |
21 |
14 |
3 |
4 |
36-11 |
45 |
|
3 |
İnter |
22 |
10 |
9 |
3 |
32-21 |
39 |
|
4 |
Zirə |
22 |
8 |
5 |
9 |
20-23 |
29 |
|
5 |
Sumqayıt |
22 |
6 |
7 |
9 |
20-29 |
25 |
|
6 |
Kəpəz |
22 |
4 |
9 |
9 |
15-24 |
21 |
|
7 |
Neftçi |
21 |
6 |
2 |
13 |
16-35 |
20 |
|
8 |
AZAL |
21 |
1 |
6 |
14 |
9-35 |
9 |
Bombardir: Filip Ozobiç (Qəbələ) – 11.