çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Mikayıl Nərimanoğlu: “Kim? Sərcan Kaya? Onun adını ilk dəfə sizdən eşidirəm”

14.03.2017 10:21 Oxundu 2380

“Kim? Sərcan Kaya? Onun adını ilk dəfə sizdən eşidirəm”. Bu sözləri "apasport"a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib. Türkiyə I Liqasında çıxış edən “Adana Dəmirspor”un futbolçusu Sərcan Kaya Azərbaycan millisində oynamaq istədiyini deyib. Ölkəsinin mətbuatına danışan 29 yaşlı hücumameyilli yarımmüdafiəçi yığmamızdan aldığı təklifi qəbul edəcəyini bildirib. Anasının atası azərbaycanlı olan Kaya hazırda danışıq apardığını və qarşı tərəfin ona yaxın vaxtlarda dəvət göndəriləcəyi ilə bağlı vəd verdiyini dilə gətirib. Lakin AFFA rəsmisi Mikayıl Nərimanoğlu əməkdaşımızla söhbətində bu məsələnin gündəmdə olmadığını vurğulayıb. O, Sərcan Kayanın milliləşdirilərək, Azərbaycan yığmasında oynayacağını təkzib edib: “Doğru deyil. Onunla AFFA arasında danışıq aparılmır. Elə bir söhbət yoxdu. Xəbəri eşidəndən sonra departamentdə bir daha dəqiqləşdirdik. Əmin ola bilərsiz ki, AFFA adını çəkdiyiniz futbolçunun xidmətində maraqlı deyil”. Maraqlıdı ki, Sərcan Kaya 2013-cü ildə də Azərbaycan millisindən dəvət aldığını, ancaq təklifi qəbul etmədiyini açıqlamışdı. Qeyd edək ki, “Bucaspor”un yetirməsi olan futbolçu karyerası ərzində “Trabzonspor” və “Çaykur Rizəspor” klublarında da çıxış edib.