çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Robert Prosineçki mətbuat nümayəndələri ilə görüşəcək

14.03.2017 15:25 Oxundu 1835

Sabah Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin mətbuat nümayəndələri üçün brifinqi təşkil olunacaq. AFFA-nın məlumatına görə, görüş “Boulevard Hotel”də keçiriləcək. Brifinq AFFA-nın Hesabat Konfransı başa çatdıqdan sonra baş tutacaq. Konfrans martın 15-də saat 10:00-da başlayacaq. Qeyd edək ki, xorvatiyalı mütəxəssis bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb. Tədbirdə Azərbaycan milli komandalarının hazırkı durumu, mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.