14.03.2017 16:44
1856
1856
“Çelsi” İngiltərə Kubokunun 1/4 final mərhələsində öz meydançasında “Mançester Yunayted” klubunu 1:0 hesabı ilə məğlub edərək rekorda imza atıb. Məlumata görə, londonlular bütün turnirlərdə ardıcıl 13-cü ev oyununda qalib gələrək klub rekordunu müəyyənləşdiriblər. Bu oyunların 8-də “Çelsi” qapısından qol buraxmayıb, vurulan və buraxılan qolların fərqi isə 39:6 nisbətində olub. “Çelsi” doğma “Stemford Bric” stadionunda sonuncu dəfə xal itkisinə sentyabrən 16-da İngiltərə çempionatında “Liverpul”a 1:2 hesabı ilə uduzmaqla məruz qalıb.