çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" Dinonun qolu ilə 3 xal qazandı - VİDEO

14.03.2017 19:54 Oxundu 1933

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulur. İkinci oyun günündə “Qarabağ” "Azərsun Arena"da çempionatın autsayderi AZAL-ı qəbul edib. Qarşılaşmaya sürətli başlayan “Qarabağ” ilk hissədə bir neçə dəfə hesabı açmağa yaxın olsa da, bu imkanlardan istifadə edə bilməyib və ilk hissə 0:0 hesabıyla başa çatıb. İkinci hissədə də “Qarabağ” bir neçə dəfə fərqlənməyə yaxın olub. Riçard Almeydanın yerinə yetirdiyi cərimə zərbəsi zamanı top qapı dirəyinə tuş gəlib. Daha sonra Miçellə qola yaxınlaşsa da, rəqib qapıçı yaxşı oynayıb. Matçın 68-ci dəqiqəsində Dino Ndlovunun zərbəsi qarşı alınmaz olub. Qalan dəqiqələrdə qol olmayıb, “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

XXII tur

14 mart (çərşənbə axşamı)

“Qarabağ” – AZAL - 1:0

Qol: Dino Ndlovu, 68

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
Suraxanı qəsəbə stadionu

İlk 3 dövrədəki oyunlar: 6:0, 1:0, 2:1

“Qarabağ”: 13. İbrahim Şehiç, 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov

AZAL: 23. Aqil Məmmədov, 18. Ruslan Əmircanov, 5. Kamil Hüseynov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 91. Mehdi Taouil, 77. Arkadi Qalperin, 7. Kamal Mirzəyev, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 21. Samir Məsimov, 10. Nuqzar Kvirtiya, 70. Vaqif Cavadov, 11. Frank Madu, 6. Bəxtiyar Soltanov, 37. Fərid Abbaslı
Baş məşqçi: Tərlan Əhmədov

d