çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Qurban Qurbanov: "AZAL hər bir komandaya çətin anlar yaşada bilər"

14.03.2017 20:06 Oxundu 2013

Bu gün "Qarabağ" Premyer Liqanın XXII turunda AZAL-ı qəbul edib. Qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsiylə başa çatıb. Komandamızın baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya belə şərh verib: “Futbolçularımı təbrik edirəm. Çətin qələbə qazansaq da, oyundan razı qaldım. AZAL təkcə müdafiə olunmayı yox,topla yaxşı davranmağı bacaran komandadı ki, bunu da gördük. Düşünürəm ki, AZAL hər bir komandaya çətin anlar yaşada bilər, hətta qələbə də qazana bilər. Qarşıdakı oyunlar daha çətin olacaq, həmin oyunlara hazırlaşmalıyıq”.