14.03.2017 20:12
1993
1993
“Çalışırdıq ki, yaxşı oyun nümayiş etdirək. Çempionatın sonudu. Çəkinəcəyimiz bir şey yoxdu”. Bu sözlər AZAL-ın baş məşqçisi Tərlan Əhmədova məxsusdu.Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ”ın qonağı olan autsayder meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Matçdan sonra keçirilən mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: “Birinci hissədə daha maraqlı oynadıq. Qol qarışıqlıqdan vuruldu. İkinci hissədə hücuma sürətli çıxa bilmədik. Hücumda dəyişiklik etsək də, bəhrəsini görmədik. Bu gün xal qazana da, məğlub ola da bilərdik. Mübarizəyə görə komandama təşəkkür etdim. Qarşıdakı görüşə köklənməliyik”.