çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Elxan Abdullayev: "Qəbələ” Bakıya 3 xal üçün gəlmişdi"

15.03.2017 07:01 Oxundu 1935

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XXII turunun "Qəbələ” klubu ilə oyunundan sonra fikirlərini bildirib: "Çox ağır oyun keçdi. "Qəbələ” güclü komandadır, yaxşı məşqçisi və futbolçuları var. Rəqib komanda çempionluq uğrunda mübarizə apardığına görə Bakıya 3 xal üçün gəlmişdi. Lakin bizə də mütləq qələbə lazım idi. Əsas odur ki, bu gün qalib gəldik”.

- “Qarabağ” və “Qəbələ”ni müqayisə etsək, hansı çempionluğa daha layiqdi?

- Hər ikisi layiqdi. Mən məşqçi kimi rəqibləri analiz edirəm. “Qarabağ”la oynamaq daha asandı. Neçə illərdi ki, bir heyətlə çıxış edir. Amma “Qəbələ”nin hansı heyət və taktika ilə oynayacağını adam bilmir. O qədər futbolçuları var ki, heyətdə kimin yer alacağını öncədən təxmin etmək mümkün deyil. Buna görə də, “Qəbələ” ilə matça hazırlaşmaq çətindi. Hər iki komandaya uğurlar arzulayıram. Bu gün “Qəbələ”dən xal aldıq. İnşallah, sonuncu turda “Qarabağ”a qarşı da eyni səviyyədə mübarizə aparacağıq.