1984
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Sonuncu iki qarşılaşmada bütün 1/4 finalçıların adlarına aydınlıq gələcək.“Atletiko” “Bayer”lə, “Monako” da “Mançester Siti” ilə qarşılaşacaq. Səfərdə “Bayer”i 4:2 hesabı ilə üstələyən “Atletiko” mərhələ adlamaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gəlib. Günün digər qarşılaşması olan “Monako” – “Mançester Siti” matçına maraq daha böyükdü. Mançesterdəki oyunda 8 qolun vurulması hər iki komandanın hücum futbolunun tərəfdarı olduğunu təsdiqləyir. İlk matçda qeydə alınan hesab “şəhərlilər”in daha şanslı olduğunu göstərsə də, səfərdə vurduğu 3 qol “Monako”nun da ümidlərini artırır.
Qeyd edək ki, 1/4 final mərhələsinin 6 iştirakçısı bəllidir. Bunlar "Lester", "Yuventus", "Real", "Barselona", "Borussiya" (Dortmund) və "Bavariya"dır.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
15 mart
23:45. “Atletiko” (İspaniya) – “Bayer” (Almaniya)
İlk oyun - 4:2
23:45. “Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə)
İlk oyun – 3:5