15.03.2017 10:53
2018
2018

AFFA-nın XXIV konfransında qurumun İcraiyyə Komitəsində vakant olan bir yerə seçki keçirilib. Vakant yerə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov seçilib. Z.Axundovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Nizamnaməyə əsasən, İcraiyyə Komitəsi üzvlüyünə namizəd AFFA-nın üzvü və ya dolayı üzvü tərəfindən, ən azı 15 gün əvvəl baş katibliyə təqdim edilməlidi. Axundovdan başqa isə heç bir namizəd irəli sürülməyib.