15.03.2017 14:55
1968
1968
Azərbaycan I divizionunda keçirilən "Göyəzən" - "Şərurspor" oyununun (3:3) nəticəsi əvvəlcədən razılaşdırılıb. Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, UEFA-dan bununla bağlı AFFA-ya məktub gəlib: "Bəli martın 9-da keçirilən "Göyəzən" - "Şərurspor" matçı satılıb. Biz hardan bilərdik ki, Qazaxda keçirilən oyun qumara qoyulacaq. Məsələ ilə bağlı ciddi tədbirlər görəcəyik". Qeyd edək ki, hazırda "Şərurspor" 25 xalla 9-cu, "Göyəzən" isə 7 xalla 13-cü pillədə qərarlaşıb.