çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo reklam filmində

15.03.2017 20:14 Oxundu 1896

“Türk Telekom” şirkətinin “Sən yetər ki, xəyal et” adlı reklam filmində dünya şöhrətli futbolçu Kristiano Ronaldo və Mersin şəhərinin Arslanköy kəndində qurduğu teatrla məşhurlaşam Ümmiyə Koçak oynayıb. “ATV xəbər”in verdiyi məlumata görə, daha öncə yazdığı və rejissorluğunu etdiyi “Yün bebek” filmiylə “Nyu-York Avrasiya Film Festivalı”nda mükafata layiq görülən Ü. Koçak reklamı özü çəkib.

Dənizli, Rizə, Antalya, Qaziantep, İstanbul və Çanaqqala olmaqla 6 vilayətdə, 23 gün ərzində çəkilən reklamda təxminən 100 nəfərlik heyət iş görüb.

Ronaldo reklam filmində həyatda yaşadığı çətinliklərə baxmayaraq xəyallarının arxasından qaçmaqdan əsla vaz keçmədiyindən bəhs edib.