16.03.2017 08:00
1950
1950
Topaz Premyer Liqasının XXIII turu çərçivəsində keçiriləcək "Neftçi” – "İnter” oyunu "Neftçi” klubunun 80 illik yubileyi gününə təsadüf edəcək. Mart ayının 18-də "Bakcell Arena”da baş tutacaq görüş simvolik olaraq saat 19:37-də start götürəcək. "Neftçi”nin 80 illik silsilə yubiley tədbirləri bununla da yekunlaşmayacaq. Oyunda azarkeşlər "Neftçi”nin əzəmətli tarixinə nostalji səyahət edəcəklər. Yubiley tədbirləri ilə bağlı sosial şəbəkələrdə bir sıra layihələr təşkil olunacaq. Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun martın 17-də "Bayıl Arena”da keçiriləcək və saat 14:00-da başlanacaq.