1826
"Çox vaxt yaxşı oynayırıq, ancaq bu gün bizim günümüz deyildi. Bu məğlubiyyətdən öyrənəcəklərmiz var. Hələ də təcrübəmiz azdır. Öz üzərimizdə işləyəcəyik. Çempionlar Liqası yüksək səviyyəli turnirdir. Bəzən burada da şansa ehtiyac olur". Bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Monako"ya 1:3 hesabı ilə uduzaraq (İngiltərə təmsilçisi ilk matçda 5:3 hesablı qələbə qazanmışdı) mübarizəni dayandırdıqları matçdan sonra deyib. O həmçinin deyib: "İkinci hissədə daha çox qol vurmaq şanslarımız oldu, ancaq istifadə edə bilmədik. Buna görə də uduzduq. "Barselona" və "Real" qol imkanlarından istifadə etdi, ancaq biz bacarmadıq. Bu məğlubiyyətdən dərs götürməliyik".