çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

“Beşiktaş”, “Genk”, “Selta” dörddəbir finala vəsiqə qazanıb

16.03.2017 23:23 Oxundu 2153

Martın 16-da futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib. Türkiyənin “Beşiktaş” klubu Yunanıstanın “Olimpiakos” komandasına böyük hesabla qalib gəlib. Rəqiblərini 4:1 hesabı ilə məğlub edən “Qara qartallar” dörddəbir finala vəsiqə qazanıb.

Günün digər matçı Belçikada keçirilib. Səfərdə rəqibini 5:2 hesabı ilə darmadağın edən “Genk” öz meydanında “Gent”i məğlub edə bilməyib. “Genk”1:1 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.

İspaniyanın “Selta” klubu isə səfərdə Rusiyanın “Krasnodar” kollektivinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqəni təmin edib.

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

16 mart

“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 4:1

Qollar: Abubakar, 10, Babel, 22, 75, Cenk, 84 - Elyunussi, 31

Baş hakim: Maykl Oliver (İngiltərə)

İstanbul, "Vodafone Arena"

İlk oyun - 1:1

“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) - 0:2

Qollar: Mallo, 52, Aspas, 80

Baş hakim: Ruddi Buke (Fransa)

Krasnodar stadionu

İlk oyun - 1:2

“Genk” (Belçika) – “Gent” (Belçika) - 1:1

Qol: Kastanye, 20 - Verstraet, 84

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Genk, "Luminus Arena"

İlk oyun - 5:2